Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin
olunub.
Axtarışda olduğuna görə ümumilikdə 79 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
bildirilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.