Ötən gün axtarışda olan 26 nəfər saxlanılıb – DİN

Xəbər - Samir Əli – Trend:

Fevralın 1-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin üstü açılıb. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

Teqlər: