Ötən gün 35 yanğın olub, 3 nəfər xəsarət alıb (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 9 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 3 nəfər yanıq xəsarəti alıb.

Teqlər: