Ötən gün 19 yanğına çıxış olub – FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə
qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 5 nəfər, o cümlədən Qazax rayonunun Çaylı kəndində
“Mersedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca
çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Teqlər: