Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb – Sahil Babayev

Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb.
Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz
üzərindədir.


Trend
-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda
aparılan, fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidini, şəffaf, əhali üçün daha
rahat, əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal
və proaktiv təqdim olunmasını təmin edən islahatlar da beynəlxalq
səviyyədə yüksək dəyərləndirilir: “Fond bu il ərzində Böyük
Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının
təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq
mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq
Dövlət Qurumu” ali mükafatına, sosial təminat və innovasiyalar
sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl
metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar
Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir
müsabiqəsində qalib gələrək “Ən yaxşı mütərəqqi təcrübə” mükafatı
ilə təltif edilib”.

Teqlər: