Azərbaycanda bu vergi güzəştinin müddəti daha 5 il uzadılır

Azərbaycanda bəzi gəlir vergisindən azadolmalar və güzəştlərin
müddəti artırılır.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Vergi Məcəlləsinə dəyişiklikdə öz
əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin kütləvi təklif
edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və
istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların
nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və
faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən daha 5 müddətinə
gəlir vergisindən azad ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsində bu güzəştlər 2016-cı il
fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində tətbiq edilmişdi.
Məcəlləyə təklif olunan dəyişikliklə isə bu güzəştlər daha 5 il
müddətinə üzadılır.

Teqlər: