Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər xəstəxanaya müraciət edib, 6 nəfər ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756
nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a
açıqlamasında bildirib ki, onlardan 137-si Toksikologiya şöbəsinə
qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə
buraxılıb.
Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı
dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib.
Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik
reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub.
Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü
qadın) dünyasını dəyişib.

Teqlər: