Ötən ay işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumatı açıqlayıb.

ANAMA-dan AzerTimes-a bildirilib ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

634 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Teqlər: