Ötən ay elmi ad və elmi dərəcə verilən şəxslərin sayı açıqlanıb

Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi
dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında
sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.

Komissiyadan AzerTimes-a verilən
məlumata görə, mart ayında 48 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər
doktoru dərəcəsi alıb.

Eyni zamanda ötən ay 26 nəfərə dosent, 2 nəfərə professor elmi
adı verilib, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında
sənədi tanınıb.

Ötən ay 21 nəfərə elmi dərəcə, 1 nəfərə isə elmi ad
verilməsindən imtina edilib.

Teqlər: