Ötən 10 ayda 1183 cinayət işinin istintaqı tamamlanıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 1183-dir.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanmışdır.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Teqlər: