Ostinlə Akar danışdı: Yunanıstan və F-16 müzakirədə…

Ostinlə Akar danışdı: Yunanıstan və F-16 müzakirədə…

ABŞ müdafiə naziri Lloyd Ostinlə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Lloyd Ostin və Hulusi Akar müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, telefon danışığında Yunanıstanla Türkiyə arasında münasibətlər, ABŞ-ın F-16 qırıcılarının Türkiyəyə tədarükü, eləcə də Ukrayna taxılının daşınması problemlərinə toxunulub.

Teqlər: