Ostin təsdiqlədi: Bu hücumla müharibə bitəcək – Markov

Ostin təsdiqlədi: Bu hücumla müharibə bitəcək – Markov

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatın Silahlı qüvvələrlə iş üzrə komitəsində Pentaqonun situasiyanı necə gördüyünü açıqlayıb.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı tanınmış siyasi ekspert Sergey Markov yazıb.

O bildirib ki, Pentaqonun baxışını bu cür ümumiləşdirmək olar:

1. Ağır döyüşlərdə Rusiyanın hərbi imkanları ciddi şəkildə məhv olur;

2. Rusiyanın hərbi texnikası çatışmır, ona görə də döyüşə çox köhnə tanklar göndərir;

3. Rusiyanın intensiv döyüş üçün mərmi və raketləri çatmayacaq;

4. Rusiya hakimiyyəti silah istehsalının öhdəsindən gələ bilmir. Ona görə Rusiya İran və Şimali Koreyadan yardım xahiş etməyə məcburdur;

5. Cəbhə xətti artıq bir neçə aydır ki, dəyişmir;

6. Qərbin silah yardımı sayəsində Ukrayna ordusu güclü qruplaşma yarada bilib;

7. Ukrayna ordusu hava şəraiti imkan verən kimi hücuma keçməyə hazır olacaq;

8. Yaz hücumu Ukrayna ordusuna uğur üçün yaxşı şans verəcək.

“Bu mövqedən o nəticə çıxır ki, Pentaqon həqiqətən Ukrayna ordusunun yaz əks-hücumuna çox böyük stavka edir. Bu əks-hücumun uğuru və yaxud uğursuzluğu nəinki Ukrayna üçün, həm də Rusiya və bütün müasir dünya nizamı üçün həlledici ola bilər”, – Markov qeyd edib.

Teqlər: