Macarıstana Azərbaycanla birgə dəstəyə hazırıq – Ərdoğan

Macarıstana Azərbaycanla birgə dəstəyə hazırıq – Ərdoğan

Hazırda TANAP vasitəsilə Macarıstana qaz verilməsi istiqamətində Azərbaycanla birgə dəstək verməyə hazırıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novakla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu məsələdə hədəflərimizə doğru irəliləyirik. Macarıstan prezidenti ilə görüş çərçivəsində, həmçinin, bir sıra gündəm mövzularla bağlı müzakirələr apardıq. Müzakirələrimizin hər birimiz üçün xeyirli olacağını düşünürəm”, – Ərdoğan qeyd edib.

Teqlər: