Ostin gözlənilmədən İraqa gəldi

Ostin gözlənilmədən İraqa gəldi

Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqə səfəri çərçivəsində çərşənbə axşamı İraqa elan olunmamış səfərlə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Tvitterdə paylaşım edib.

“Bağdada uçdum. Biz daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyərkən, ABŞ və İraq arasında strateji tərəfdaşlığı bir daha təsdiqləmək üçün buradayam”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Ostinin İraqa səfəri rəsmi olaraq açıqlamayıb.

Teqlər: