Osloda güneyli məhbuslarla bağlı aksiya keçirildi

Osloda güneyli məhbuslarla bağlı aksiya keçirildi

Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Azadlıq Forumu” tədbirlərinə güney azərbaycanlı sənətçilər də qatılıblar.

AzerTimes xəbər verir ki, bu barədə sənətçilər sosial mediada paylaşım ediblər.

Onlar Oslunun mərkəzi küçələrindən birində quraşdırılan və həbsxananı simvolizə edən dəmir qəfəsin içində Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” mahnısını oxuyublar.

Sənətçilər bu vasitə ilə Tehran rejiminin mədəni fəallara qarşı təzyiqlərinə norveçlilərin diqqətini cəlb etmək istəyiblər.

Teqlər: