Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olunmasından danışdı

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli
irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və
siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var”.

Trend xəbər verir ki, bunu Orxan Fikrətoğlu deyib.

O bildirib ki, kulinariya ancaq yemək demək deyil. Milli
mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm
sahədir:

“Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli
kulinariyanın dijital formatda yeni TV variantda təqdimatı bütün
dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki,
qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin
ediləcək.

Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi
şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu streotipi dağıtmaqda
Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Sakit olun. Mən yemək bişirməyəcəm.

Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino
və TV də mənim sahəm deyildi. Sonralar oldu. Bacarırsızsa, bu
sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın”.

Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir
Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış
teleaparıcı, yazıçı Orxan Fikrətoğlu təyin edilib. Hazırda Tahir
Əmiraslanov milli kulinariya mərkəzi assosiasiyasının
rəhbəridir.

Teqlər: