Oruc tutmaq barədə 6 yanlışlıq

Trend Oruc haqqında 6 yanlış stereotipləri təqdim edir.

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun
altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq
olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu
udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək
olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır
ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək
olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir
məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram
məclislərə və bunlara xas atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir.
Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə
yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə
oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu
pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və
maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric
etmək gərəkdir.

Teqlər: