Orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb

Ağsuda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi
başlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mayın
4-də saat 4.50-də DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefondan
zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə
bomba var” deyərək telefonu söndürüb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi
xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi
(terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi
başlanılıb.

Teqlər: