Xəbər - Humay Ağacanova – Trend:
Orqan transplantasiyası ilə bağlı etika komissiyasının əmr
layihəsi hazırlanıb və tezliklə təsdiq olunması nəzərdə
tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, orqan donorluğu və transplantasiya üzrə etika
komissiyası formalaşdırılarkən qanunçuluq prinsipi əsas götürüləcək
və tərkibinə psixoloq, hüquqşünas daxil ediləcəkdir.
“Həkim-transplantoloqun, transplantasiyanın təşkilində hər hansı
bir formada iştirak edən şəxslərin isə komissiyanın tərkibinə daxil
edilməsinə yol verilməyəcək”, – deyə məlumatda bildirilir.