Orenburqda suyun səviyyəsi təhlükəli həddi keçdi

Orenburqda suyun səviyyəsi təhlükəli həddi keçdi

Rusiyanın Orenburq şəhərində Ural çayının səviyyəsi 996 santimetrə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri Sergey Salmin məlumat verib.

“Bu günə olan məlumata görə, suyun səviyyəsi artmaqda davam edir. Hazırda biz ən yüksək həddi qeydə almışıq. Bizim üçün ən təhlükəli hədd 930 sm idi, amma indi suyun səviyyəsi 996 sm təşkil edir”, – mer bildirib.

Teqlər: