Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış
məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz
rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki
yoxdur.