Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni
silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və
Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı
atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab
tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından
itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.