Ordumuzda sürücülərin məşğələləri keçirilir – Video

Ordumuzda sürücülərin məşğələləri keçirilir – Video

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkalığının və hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən məşğələlərdə əsas məqsəd sürücülərə hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsini, eləcə də texnikanın təyinatı üzrə düzgün istismarını və texniki qulluğun göstərilməsini öyrətməkdir.

Qeyd edək ki, məşğələlərin səmərəli keçirilməsi üçün hərbi hissələr zəruri tədris vasitələri, avadanlıq və qurğularla tam təmin olunub.

Teqlər: