Ordumuzda bu sahədə görülən işlər müzakirə olundu

Ordumuzda bu sahədə görülən işlər müzakirə olundu

Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər müzakirə olunub.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, təsdiq edilmiş hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında 2022-ci ilin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Qoşun növü tibb xidməti rəisləri, eləcə də tibbi hərbi hissə, müəssisələrin komandir və rəislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.

Qeyd olunub ki, 2022-ci il ərzində bütün hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı tibb işçiləri tərəfindən lazım olan hər bir tibbi yardım yüksək səviyyədə göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.

Toplanışda həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.

Teqlər: