Ordubadda mənzillərdən oğurluq edən şəxs tutuldu

Ordubadda mənzillərdən oğurluq edən şəxs tutuldu

Ordubad rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Azəbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.

Teqlər: