Ordu xüsusi təyinatlılara hücum etdi – Video

Ordu xüsusi təyinatlılara hücum etdi – Video

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşma baş verib.

AzerTimes xəbər verir ki, Xartumda xüsusi təyinatlıların qərargahı Sudan ordusunun əsgərləri tərəfindən qəfil hücuma məruz qalıb.

Ordunun hər növ ağır və yüngül silahlarla hücuma keçdiyi vurğulanır.

Telekanalların məlumatına görə, xüsusi təyinatlıların qərargahı yaxınlığında partlayış və atışma səsləri eşidilir.

Paytaxtla Omdurman şəhəri arasındakı körpü bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Bundan başqa Sudanın beynəlxalq hava limanında uçuşlar ləğv edilib.

Sudan çevik qüvvələri Xartum və Merove hava limanlarını nəzarətə götürdüyünü və ölkənin nizami ordusuna “ağır itkilər” verdiyini açıqlayıb.

Qeyd edək ki, Sudan federal hökumətinin təhlükəsizlik xidməti də öz növbəsində çevik qüvvələri “qiyamçı” adlandırıb.

Teqlər: