Rusiyanın Ukraynadakı müharibəsi Avropa İttifaqının (Aİ) zəifləməsinə və Qərbin hökmranlığı dövrünün başa çatmasına gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban alman mediasına müsahibəsində bildirib.
“Çox güman ki, məhz bu, (Ukraynadakı münaqişə) Qərb ölkələrinin üstünlüyü epoxasını başa çatdıracaq”, – siyasətçi bildirib.
O, Rusiya ilə qarşıdurmanın beynəlxalq aləmdə Aİ-nin mövqeyinin zəifləməsinə gətirib çıxaracağını da vurğulayıb.