Orban TDT Baş katibi ilə görüşdü

Orban TDT Baş katibi ilə görüşdü

Macarıstan Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Ömüraliyev və Orban TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələri nəzərə almaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Tərəflər həmçinin TDT-nin Budapeştdəki nümayəndəliyinin, TDT ölkələrinin Macarıstan və Avropa qurumları arasında əməkdaşlığın təşviqində mühüm rolundan bəhs ediblər.

Teqlər: