Orban Putinin andiçməsinə gələrsə… – Arkov

Orban Putinin andiçməsinə gələrsə… – Arkov

Macarıstanın AB-yə sədrliyi rəsmi olaraq iyul ayında başlayır və Viktor Orbanın Putinin andiçmə mərasimində mümkün iştirakı hələlik yalnız Macarıstanın lideri kimi olacaq. Lakin bu, Avropa Parlamentinə üzv olan bütün ölkələrdə seçkilərin ab-havası üçün böyük əhəmiyyət kəsb edəcək.

Bu sözləri AzerTimes-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov Macarıstan Baş naziri Viktor Orbanın Prezident Putinin 7 mayda keçiriləcək andiçmə mərasiminə qatılması ehtimalı haqda qeyd edib.

O bildirib ki, ictimai rəyin ölçülməsi həm əhalinin Ukraynadakı münaqişədən artan yorğunluğunu, həm də Rusiya ilə geniş münasibətlərin tezliklə bərpa olunmasının vacibliyini aydın şəkildə göstərir:

“Axı “Böyük qardaş”ın maraqları və təzyiqi altında Rusiya ilə əlaqələrin süni şəkildə kəsilməsi Avropa ölkələrini, xüsusilə iqtisadi aspektdə, nəzərəçarpacaq dərəcədə geri salır”.

Teqlər: