Oradakı ermənilər Azərbaycan sakinləridir – Diplomat

Oradakı ermənilər Azərbaycan sakinləridir – Diplomat

Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

“Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir”, – deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Teqlər: