OPEC+ ölkələri iyun ayında neft hasilatı həcmini 432 min
barel/sutka artırmaq barədə qərar qəbul edib.
Trend-in
məlumatına görə, bu barədə qərar OPEC+ monitorinq komitəsinin
bugünkü iclasında verilib.
Qeyd edək ki, OPEC+ ölkələri 2021-ci ilin avqustundan etibarən
aylıq neft hasilatını 400 min barel/sutka artırmaq qərarına
gəlmişdi.
Bu ilin mart ayında keçirilən iclasda isə may ayından etibarən
hasilatın 432 min barel/sutka artırılması qərara alınmışdı.