Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub (FOTO)

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi Əhməd
Cavadın heykəlinin açılışı olub.

Trend-in məlumatına görə, bu barədə
Azərbaycanın Türkiyədəki səfirliyi rəsmi “Twitter” səhifəsində
paylaşım edib.

“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal
şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş
anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlin
açılış mərasimi olub”, – deyə məlumatda bildirilib.

Teqlər: