Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanın coğrafi adları bəzi onlayn xəritələrdə qəsdən
təhrif edilib. Xüsusilə də, Qarabağdakı yer adları ilə bağlı “Google” və “Yandex” kimi şirkətlər belə təhriflərə yol
veriblər.
AzerTimes-ın
məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müşaviri Rəşad Bayramov deyib.
O qeyd edib ki, bu problemin səbəbi texniki xarakter daşıyır:
“Onlayn xəritələr çox zaman həmin ərazidə yaşayan, məskunlaşmış
insanlar tərəfindən oraya verilən adlar əsasında hazırlanır. 30 ilə
yaxın müddət ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında
yaşayan ermənilər bu fürsətdən istfadə edərək həmin xəritə
sahiblərinə erməni mənşəli adlar barədə məlumatlar göndəriblər.
Torpaqlar işğaldan azad ediləndən sonra, hətta ondan da əvvəl
Azərbaycan hökuməti bu təhriflərə qarşı fəaliyyət göstərib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində Elektron
Təhlükəsizlik Xidməti ötən dövr ərzində “Google” və digər
şirkətlərə rəsmi məktublar göndərib, son bir il ərzində 15 belə
rəsmi məktub göndərilb. O məktubların içərisində təhrif olunmuş və
düzgün coğrafi adlar qeyd olunub. Bunun sayəsində 100-dən çox
Azərbaycan coğrafi toponim adı düzəldilib. Bu istiqamətdə
fəaliyyətimiz davam edir”.