Onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan banklar məlum olub

Azərbaycanda bankların fəaliyyətinin onlayn mediada
işıqlandırılmasının mart ayı üzrə nəticələri açıqlanıb.

Trend-in
məlumatına görə, Media Təhlil Mərkəzinin açıqladığı nəticələrə
əsasən, mart ayında onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan
bank “Kapital Bank” olub. Bu bankın fəaliyyəti mart ayında 401 dəfə
işıqlandırılıb və bu, fevral ayı ilə müqayisədə 15,23 faiz çox
olub.

İlk beşlikdə, həmçinin, “Bank Respublika” (210), “PAŞA Bank”
(167), “Yelo Bank” (108) və VTB (Azərbaycan) (103) yer alıb.

Media Təhlil Mərkəzinin hazırladığı bankların media aktivlik
indeksi cədvəlini təqdim edirik:

Teqlər: