Onların qəbirə necə qoyulduqlarının şahidi olmuşam – Şeyx

Onların qəbirə necə qoyulduqlarının şahidi olmuşam – Şeyx

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Biz bu gün burada bütün şəhidlərimizi yad edirik. Allah 20 Yanvar şəhidlərinə, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı arzu edirəm.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

“Mən burdakıların hər birini ayrı-ayrılıqda tanıyıram, onların qəbirə necə qoyulduqlarının şahidi olmuşam. Burdakı qəbirlərin qazılmasını çox yaxşı xatırlayıram. Mən şəhidlərimizin burada dəfn edilməsi üçün təkid etdim. Dəfn üçün təchizat belə vermədilər bizə. Qar yağırdı, hava çox soyuq idi. İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar. Çox çətin idi. Bizə dövlət kömək etmədi. Xalq toplaşıb, şəhid oğullarını dəfn elədi. Amma bizim torpaqlarımız azad oldu, biz özümüzü tanıdıq. Azərbaycanın müstəqilliyinə görə biz şəhidlərimizə dua etməli, onları unutmamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”, – A.Paşazadə qeyd edib.

Teqlər: