Onların nə yazdığı mənim üçün vacib deyil – Əliyev

Onların nə yazdığı mənim üçün vacib deyil – Əliyev

Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin, bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Cəmiyyətimizin həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır. Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı”, – Prezident qeyd edib.

Teqlər: