İlham Əliyev 9 fərman, 1 sərəncam imzaladı

İlham Əliyev 9 fərman, 1 sərəncam imzaladı

14:56

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AzerTimes fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-3-cü maddəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını;

2.2. həmin Qanunun 29.0.37-1-ci maddəsinə uyğun olaraq, yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını;

2.3. həmin Qanunun 29.0.37-2-ci maddəsinə uyğun olaraq, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri;

2.4. həmin Qanunun 29.0.42-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxtı normasını.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364; 2023, № 2, maddə 244) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddən “1.0.54-cü,”, “14.8-1-ci maddəsində,” və “22.5-ci, 22.5-1-ci,” sözləri çıxarılsın və həmin bəndə “29.0.34-cü” sözlərindən əvvəl “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddən “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri çıxarılsın və həmin bəndə “ümumi təhsil müəssisələrində” və “ümumi təhsil müəssisələrinin” sözlərindən əvvəl “məktəbəqədər və” sözləri, “29.0.32-ci,” sözlərindən sonra “29.0.37-3-cü,” sözləri əlavə edilsin;

3.3. 2.3-cü bənddən “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi üzrə),” və “29.0.13-cü (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə),” sözləri çıxarılsın və həmin bəndə “29.0.10-2-ci,” sözlərindən sonra “29.0.10-3-cü,” sözləri, “29.0.37-ci,” sözlərindən sonra “29.0.37-1-ci, 29.0.37-2-ci,” sözləri, “və 29.0.43-cü” sözlərindən əvvəl “, 29.0.42-1-ci” sözləri, “Təhsil Nazirliyi” sözlərindən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.4. 2.3-1-ci, 2.4-1-ci və 2.7-ci bəndlərə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.5. 2.8-ci bənddə (hər iki halda) “Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri” sözləri “Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə edilsin:

“2.9-1. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;

2.9-2. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”;

3.7. 2.10-cu bənddən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə (hər üç halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.8. 2.10-1-ci bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə” sözləri çıxarılsın;

3.9. 2.11-ci bənd ləğv edilsin.

4. Bu Fərmanın 3.1-ci (“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.21-ci maddəsinə münasibətdə istisna olmaqla) və 3.9-cu bəndləri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 910-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 619 nömrəli, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 27 iyul tarixli 168 nömrəli, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 26-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 26-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;

1.3. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;

1.5. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 910-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 416; 2004, № 6, maddə 437; 2005, № 4, maddə 303; 2007, № 6, maddə 601; 2010, № 2, maddə 85; 2018, № 3, maddə 422) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci – doqquzuncu abzaslar müvafiq olaraq 2.1 – 2.8-ci bəndlər hesab edilsin;

3.2. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.8. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.”.

4. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435; 2013, № 8, maddə 899; 2016, № 3, maddə 464; 2022, № 8, maddə 872; 2023, № 4, maddə 513) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “(birinci halda)” sözləri “(birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilsin;

4.3. 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

“2.9. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.”.

5. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498; 2001, № 7, maddə 459; 2002, № 8, maddə 487; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459, № 6, maddə 611; 2008, № 3, maddə 170; 2017, № 5, maddə 767; 2018, № 8, maddə 1691; 2020, № 7, maddələr 861, 877; 2021, № 11, maddə 1212; 2023, № 3, maddə 352) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.2-ci bənd ləğv edilsin;

5.2. 2.4-cü və 2.5-ci bəndlərdən “ikinci halda” sözləri çıxarılsın;

5.3. 2.8-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.10-cu bənd ləğv edilsin.

6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324, № 8, maddə 871; 2023, № 1, maddə 84, № 3, maddə 344, № 4, maddə 471) 5.1-ci bəndindən “21.1-ci,” sözləri çıxarılsın.

7. Bu Fərmanın 5-ci hissəsi 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 279-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 21 iyun tarixli 939 nömrəli, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 337-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 18 noyabr tarixli 1116 nömrəli, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 832-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 5 dekabr tarixli 1706 nömrəli və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 14 dekabr tarixli 1720 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 279-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 iyun tarixli 939 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1035) 3-cü hissəsi ləğv edilsin.

2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1822; 2021, № 11, maddə 1212) 3-cü hissəsi ləğv edilsin.

3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 337-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1823) 3-cü hissəsi ləğv edilsin.

4. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 832-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 dekabr tarixli 1706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2274) 3-cü hissəsi ləğv edilsin.

5. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 1720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2288) 3-cü hissəsi ləğv edilsin.

6. Bu Fərmanın 2-ci və 3-cü hissələri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 20-1.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-1-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844; 2020, № 8, maddə 1037, № 11, maddə 1348; 2022, № 6, maddə 596, № 8, maddə 863, № 11, maddə 1270; 2023, № 3, maddə 352) 2-ci hissəsinin on ikinci abzasına “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin.

5. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087; 2018, № 4, maddə 700, № 10, maddə 2018; 2020, № 6, maddə 699, № 11, maddə 1362; 2021, № 12, maddə 1366) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə “cümləsində” sözündən sonra “, 20-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin;

5.2. 2.2-ci bəndə “attestasiyası” sözündən sonra “(sertifikatlaşdırılması)” sözü əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.2-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 20-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.5-2. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”;

5.4. 2.5-ci bənddə “15.3-cü və 23.3-cü maddələrində” sözləri “23.3-cü maddəsində” sözləri ilə əvəz edilsin, həmin bənddən “4.0.5-ci,” sözləri çıxarılsın və həmin bəndə “attestasiyasını” sözündən sonra “, təhsilverənlərin sertifikatlaşdırılmasını” sözləri, “4.0.13-cü,” sözlərindən əvvəl “4.0.12-1-ci,” sözləri, “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

5.5. 2.5-1-ci bəndə “cümləsində” sözündən sonra “və 20-1.1-ci maddəsinin birinci cümləsində” sözləri və “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.

6. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863; 2020, № 6, maddə 699, № 7, maddə 868, № 11, maddə 1362; 2021, № 6 (I kitab), maddə 573) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.4-cü bənddən “20.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

6.2. 2.5-ci bənddən “4.0.9-cu,” sözləri çıxarılsın və həmin bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

6.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş “orqanın (qurumun)” səlahiyyətlərini və 4.0.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”.

***

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.0.19-2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-2-ci maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-1-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə 893, № 11, maddələr 1360, 1362; 2021, № 6 (I kitab), maddə 573; 2022, № 5, maddə 458) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “4.0.19-2-ci,” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 4.0.19-2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.3. 2.3-cü bəndə “4.0.20-ci” sözlərindən əvvəl “4.0.19-1-ci, 4.0.19-2-ci,” sözləri, “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

4.4. 2.3-1-ci, 2.10-cu və 2.12-ci bəndlərə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

4.5. 2.4-cü bənddən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə (hər üç halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 907-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli 1009 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinin ikinci cümləsində, 13.1-ci və 22.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 13.1-ci və 22.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 907-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627; 2017, № 5, maddə 770; 2018, № 2, maddə 207; 2019, № 5, maddə 847; 2020, № 8, maddə 1037, № 12 (I kitab), maddə 1487; 2021, № 8, maddə 920) 2.1-1-ci bəndindən “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” və “və elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın.

4. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370; 2017, № 11, maddə 2028; 2019, № 7, maddə 1231; 2020, № 5, maddə 550, № 6, maddə 713) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “, 12.13-cü” sözləri “maddələrində, 11.3-cü maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin;

4.2. 2.3-1-ci və 2.3-2-ci bəndlər müvafiq olaraq 2.3-3-cü və 2.3-4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:

“2.3-1. həmin Qanunun 11.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.3-2. həmin Qanunun 13.1-ci və 22.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;”;

4.3. 2.5-ci bənddən “, 12.13-cü, 13.1-ci, 22.1-ci” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488; 2021, № 8, maddə 923) 2.1.2-ci yarımbəndindən “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” və “və elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139, № 12 (I kitab), maddə 1469; 2021, № 2, maddə 124, № 12, maddə 1365; 2022, № 2, maddə 103, № 6, maddə 594, № 8, maddə 878) ləğv edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb .

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891; 2021, № 12, maddə 1472; 2022, № 3, maddə 391) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturu” aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatı.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848, № 11, maddə 1718; 2021, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və 2-ci hissəsinə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” aşağıdakı redaksiyada verilsin:

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) peşə təhsili sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;

2.1.4. peşə təhsili müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;

2.1.5. peşə təhsili müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;

2.1.6. təhsil proqramları vasitəsilə təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və səriştələrin aşılanmasını, onların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin etmək;

2.1.7. təhsilverənlərin peşəkarlığının davamlı şəkildə artırılması işini təşkil etmək;

2.1.8. müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;

3.1.3. peşə təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;

3.1.4. peşə təhsilinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;

3.1.5. peşə təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;

3.1.6. peşə təhsili müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək;

3.1.7. hər tədris ili üçün peşə təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;

3.1.8. peşə təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirmək;

3.1.9. təhsil proqramlarına (kurikulumlara), tədris planlarına və proqramlarına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.10. peşə təhsili müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;

3.1.11. peşə təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair Nazirliyə təkliflər vermək;

3.1.12. peşə təhsili müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;

3.1.13. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim-tədris prosesini həmin müəssisələrdəki xüsusi rejimin tələblərinə riayət olunmaqla təşkil etmək;

3.1.14. digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilini təmin etmək;

3.1.15. müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı müsabiqələr və yarışlar keçirmək;

3.1.16. dövlət peşə təhsili müəssisələrində təhsilalanların xüsusi iş geyim formaları ilə təmin edilməsi üçün tədbirlər görmək;

3.1.17. peşə təhsili və əlavə təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;

3.1.18. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan peşə təhsili müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan peşə təhsili müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;

3.1.19. peşə təhsili pilləsində təhsilalanların attestasiyasının (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirilməsinə nəzarət etmək;

3.1.20. müvafiq sahədə planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;

3.1.21. dövlət peşə təhsili müəssisələrinin ümumtəhsil və ixtisas dərslikləri, tədris-metodiki və tədris vəsaitləri, multimedia sistemləri, ədəbiyyatlar, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;

3.1.22. tabeliyində olan peşə təhsili müəssisələrinin fənn və ixtisas müəllimlərinə, istehsalat təlimi ustalarına tələbatı barədə məlumatı Nazirliyə təqdim etmək;

3.1.23. dövlət peşə təhsili müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.24. tabeliyində olan peşə təhsili müəssislərində təhsil fəaliyyətinin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;

3.1.25. tabeliyində olan peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin, mühəndis-pedaqoji heyətin əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;

3.1.26. peşə təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.27. tabeliyində olan peşə təhsili müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

3.1.28. peşə təhsili müəssisələri ilə xarici ölkələrin peşə təhsili müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirmək;

3.1.29. tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;

3.1.30. təhsilalanların təhsil müəssisəsinin, ixtisasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək;

3.1.31. peşə təhsili pilləsinin bir səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna nəzarət etmək;

3.1.32. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;

3.1.33. hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaratmaq;

3.1.34. mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərlə, eləcə də digər qurumlarla müqavilə əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində kadr hazırlığı işini təşkil etmək;

3.1.35. təhsilalanların istehsalat təcrübəsi keçməsini və iş yerində öyrənməni təmin etmək üçün peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq müqavilələrinin bağlanılmasını təmin etmək;

3.1.36. tabeliyində olan peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanılmasını təşkil etmək;

3.1.37. işəgötürənlərin sifarişləri əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları təşkil etmək;

3.1.38. peşə təhsili müəssisələri məzunlarının məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlığı təşkil etmək;

3.1.39. peşə təhsili üzrə ixtisasların təsnifatı barədə Nazirliyə təkliflər vermək;

3.1.40. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

3.1.41. ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;

3.1.42. dövlət peşə təhsili müəssisələrində pedaqoji şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;

3.1.43. müvafiq sahədə statistik məlumatların və hesabatların toplanılmasını, təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirmək;

3.1.44. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.45. peşə təhsili müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;

3.1.46. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.47. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.48. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.49. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.50. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.51. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.52. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.1.53. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normativ hüquqi aktın qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklifləri Nazirliyə təqdim etmək;

4.1.2. peşə təhsili müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq;

4.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək;

4.1.5. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, peşə təhsili müəssisələri işçilərinin həvəsləndirilməsini və mükafatlandırılmasını həyata keçirmək, onlara dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

4.1.7. dövlət peşə təhsili müəssislərində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

4.1.8. dövlət peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;

4.1.9. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək, belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.10. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək;

4.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Agentliyin direktoru:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.3. müəyyən edilmiş əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.4. strukturuna daxil olan qurumların əsasnamələrini, habelə tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.5. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.6. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.7-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirlər daxilində onların gəlir və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

5.5.7. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin, əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin və ayrılmış büdcə təxsisatı çərçivəsində gəlir və xərclər smetasının təsdiq edilməsinə razılıq verir;

5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür;

5.5.9. strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.10. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər dövlət qulluqçularına qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;

5.5.11. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim edir;

5.5.13. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.14. Agentliyin fəaliyyəti barədə Nazirliyə hesabat verir;

5.5.15. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.16. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.5.17. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Teqlər: