Onlara qarşı vahid ideoloji xətt mövcuddur – Qurbanlı

Onlara qarşı vahid ideoloji xətt mövcuddur – Qurbanlı

Azərbaycanın zərərli dini cərəyanlara, dindən istifadə edərək bölücülük, təfriqə, dini radikalizm, düşmənçilik yaymaq istəyən qüvvələrə qarşı vahid ideoloji xətti və siyasi kursu mövcuddur.

AzerTimes xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Azərbaycanın multikultural və tolarant dəyərlərin hakim olduğu, müxtəlif xalqların, dini konfessiyaların bərabərhüquqlu və qarşılıqlı hörmət şəraitində, birgəyaşayış ənənələrinə uyğun yaşadığı nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan vəhdət namazlarının keçirilməsinin əhəmiyyətini təşviq edən müsəlman ölkəsidir.

“Azərbaycançılıq ideologiyası və dövlətin milli-mənəvi dəyərlərə söykənən siyasət yürütməsi bu gün hansısa zərərli dini və siyasi düşüncənin cəmiyyətdə kök salmasına imkan vermir. Ölkəmizdə milli ruhlu, vətənpərvər, dövlətçiliyə bağlı dini kadrlar hazırlanır. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox böyük tarixi hadisədir. Gələcəkdə İnstitutun yetişdirdiyi ali təhsilli din xadimləri ölkəmizdə din adı altında hansısa xarici dövlətin dövlət-din münasibətləri modelinin formalaşması istiqamətində atacağı addımların qarşısını ala biləcək gücə çevriləcəklər”, – Komitə sədri vurğulayıb.

Teqlər: