Onlar Türkiyəyə maneəni aradan qaldırdı – Stoltenberq

Onlar Türkiyəyə maneəni aradan qaldırdı – Stoltenberq

Hazırda İsveç və Finlandiya xüsusilə terrorla mübarizədə Türkiyə ilə bağladıqları müqavilənin maddələrini yerinə yetirir.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “TRT Haber”ə açıqlamasında deyib.

“Təbii ki, Türkiyəyə silah satışının qarşısındakı maneələri də aradan qaldırdılar. Daimi struktur və mexanizmin qurulması, birgə işləmək və məlumat mübadiləsi baxımından Ankara ilə birgə işləməyə də hazırdırlar. Bundan başqa, deportasiya məsələləri də mövcuddur. Bununla da bağlı işlər davam etdirilir. Mən sevinirəm ki, sözügedən iki ölkə öhdəlikləri yerinə yetirməyə çalışır. Onların NATO-ya tam olaraq üzv olmalarını istəyərdik”, – baş katib bildirib.

Teqlər: