Onlar tuman geyinsin, adlarını da dəyişdirsin! – Kadırov

Onlar tuman geyinsin, adlarını da dəyişdirsin! – Kadırov

Rusiyadan kim qaçırsa, tuman geyinsin və adını qadın adına dəyişdirsin.

AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov qismən səfərbərliyə görə Rusiyadan qaçan kişilər haqda deyib.

“Mən çətin vaxtlarda vətənini buraxıb, ölkədən gedən insanları başa düşmürəm. Bu qorxaqlara məsləhətim odur ki, tuman geyinsinlər və adlarını qadın adına dəyişsinlər. Baxmayaraq ki, bizim tariximizdə kişi kimi sona qədər mübarizə aparan qadınlarımız olub”, – o bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, ölkədə yalnız qismən səfərbərlik elan olunub, ancaq bu özü də kifayətdir ki, hər kəs öz borcunu yerinə yetirsin.

Teqlər: