“Omikron”, yoxsa qrip? – Necə müəyyən edək?

Xəbər - Fərid Zöhrabov – Trend:

Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti
koronavirusun “omikron” ştammına yoluxan şəxslərdir.

Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda
ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə
əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun “omikron” ştammıdır”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə
oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən
edilməsi çətinləşə bilər.

“Omikron” ştammının əsas simptomları hərarət, ümumi zəiflik,
əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda
qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək
hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya
axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi
vermək lazımdır”, – M.Əliyev əlavə edib.

Teqlər: