Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var – ÜST

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi
Omikrom ştammı ilə əlaqələndirilir.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının
Azəebaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə
açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində
koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir,
ki pandemiya hələ də bitməyib və bu çərçivədə qabaqlayıcı tədbirlər
görməyə davam etməliyik.

“Omikron ştammının B1 və B2 növləri mövcuddur və B2 növünü daha
sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan
şəxslərin 65 yaş üstü olanların, hamilə qadınların qorunması
mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli
faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%in
üzərindədir,lakin hədəfimiz 70%in üzərinə çıxmasıdır. Son günlər
ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur lakin
unutmamalıyıq ki, pandemiya hələ də davam edir”, – deyə H. Harmancı
bildirib.

Teqlər: