Xəbər - Humay Ağacanova – Trend:
“Omikron” ştammında ürəkbulanma, qusma kimi hallara rast gəlinir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, koronovirus xəstəliyinin simptomları respirator infeksiyaların simptomları ilə oxşar olur. Lakin hal-hazırda sırf “omikron” ştammına xas olan simptomlar barədə araşdırmalar aparılmayıb.