İlin siyasi yekunları və Ermənistan – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

İlin yekunlarına dair Ermənistan mediasında vurğulanır ki, sərhəddə yaranmış problemlər, xeyli sayda hərbçinin döyüş şəraitində itirilməsi, ölkə rəhbərliyinin dişsiz siyasəti də 2021-in yaralı xatirələrindən sayılacaq. Bundan başqa, sayı itirilmiş etiraz aksiyaları, Qarabağda tapılan və adi statistikaya çevrilən cəsəd qalıqları, itkin düşmüş hərbçilərin yaxınlarının süründürməçiliyə məruz qalması da ilin ağır mənzərəsini yaradıb. Artan siyasi həbslər, demokratiyada aşkar sezilən geriləmə, rekord sayda məmur istefası və işdən qovulması da 2021 üçün yadda qalan hadisələrdən oldu. Erməni jurnalistlər ölkə üçün yeganə normal sayıla biləcək pozitiv hadisəni isə erməni təmsilçisinin “Uşaq Avroviziyası – 2021”-də qalib gəlməsini göstəriblər. Bir də Azərbaycanda həbs edilmiş bir qrup erməni məhbusların geri qaytarılması az da olsa cəmiyyət üçün xoş xəbər sayılıb.

AzerTimes-ın məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “İlin siyasi yekunları və Ermənistan” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Arzu Nagıyev – Milli Məclisin deputatı, Fuad Cıraqov – BMTM-in şöbə müdiri, Fərhad Hüseynov – politoloq, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: