“Omikron” ştammı artıq 110 ölkədə qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusun “omikron” ştammı artıq 110 ölkədə qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin ştamm altı qitənin hər birində yayılıb.


Məlumatda bildirilir ki, “omikron” yayılma sürətinə görə “delta” variantını üstələyir. Belə ki, orta hesabla 2-3 gündən-bir “omikron”a yoluxma halları ikiqat artır.