“Omicron” Hollandiyada dominant COVID-19 variantına çevrilir

Son bir həftə ərzində Hollandiyada yoluxanların 50 faizindən çoxunda COVID-19-un “omicron” ştammı aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə məkumatı Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu yayıb.

Qeyd olunub ki, “omicron” variantının daha sürətli yayılması yaxın gələcəkdə yoluxnların sayını artacağaına səbəb olacaq ki, bu da xəstəxanaya yerləşdirilənlərin sayında artıma gətirib çıxaracaq.


Bu səbəbdən Hollandiya hökuməti dekabrın 19-da karantin rejimi tətbiq edib.