Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında LənkərandaVətən
müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları üçün
psixoloji yardım aksiyası təşkil edilib. Ödənişsiz psixoloq və
psixiatr xidmətlərinin göstərildiyi aksiyaLənkəran və Astara
rayonlarını əhatə edib.
Qeyd edək ki, bundan öncə də müxtəlif bölgələrdə həmin əhali
qrupuna ünvanlanmıştibbi və psixoloji yardım aksiyaları keçirilib
və bu aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Bu tədbirlərin əsas məqsədimüharibə nəticəsində doğmalarını
itirmiş, habelə hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin
qayğılarının diqqətdə saxlanılması və onların sağlamlıqlarının
qorunmasına dəstək verməkdir.