Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Gənclərin insan alverinə qarşı mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən rayonun
Gənclər və İdman İdarəsi və Mərkəzləşmiş Kitabxana Sistemi ilə
birgə Cəlilabad Tibb Kollecində “Gənclərin insan alverinə qarşı
mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda maarifləndirici
tədbir keçirilib.

Tədbirdə həmin kollecin rəhbəri, pedaqoji heyət və tələbələr
iştirak ediblər.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov
çıxışında insan alveri, risk qrupları, insan alveri qurbanlarının
ehtiyacları, onlarla bağlı yarana biləcək fəsadlar və mövzu ilə
bağlı digər məsələlərə toxunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Teqlər: