Ombudsman şəhid ailəsini ziyarət edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun
doğum günü ərəfəsində onun ailəsini ziyarət edib.

Görüş zamanı şəhidin keçdiyi döyüş yolu, Azərbaycan Ordusunun
qazandığı şanlı zəfər barədə danışılıb. Ombudsman şəhidimizə
Allahdan rəhmət diləyib, ailənin mövcud qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqətdən
razılıq ediblər.

Qeyd edək ki, müharibədə könüllü kimi iştirak edərək, Füzuli
rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Vüqar Məmmədov
“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə
təltif olunub.

Teqlər: