Ombudsman Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Qaradağlı faciəsinin 30-cü ildönümü ilə
bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müraciətdə
bildirilib ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi
Qaradağlı soyqırımından 30 il ötür.

“1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri
Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz
etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir. Bu qanlı
cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118
nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri
amansızcasına qətlə yetirilmişdir. Ermənistanın hərbi-siyasi
rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və
etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi
nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar
tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə
yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi
məsuliyyətə cəlb edilməlidirlər”, – deyə çağırışda qeyd olunub.

Teqlər: